Mərkəzin direktoru
Musaeva Bella Sirac qızı Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzi Moskva Dövlət Linqvistika Universiteti və Bakı Slavyan Universiteti arasında bağlanmış müqaviləyə əsasən yaradılıb. 2009-cu ilin aprelin 15-də Moskva Dövlət Liqivistika Universitetinin (MDLU) rektoru İ. İ. Xaleyeva və Bakı Slavyan Universitetinin (BSU) rektoru K. M. Abdullayevin iştirakı ilə mərkəzin təntənəli açılış mərasimi baş tutub.
Təntənəli açılış mərasimdə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə məsləhətçisi N. V. Axundova, RF Dövlət Duması MDB üzrə Komitəsinin sədri A. V. Ostrovskiy, Dövlət Duması Komitəsinin üzvü M. Ç. Zalixanov, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi MDB ölkələri üzrə 4-cü Departamentinin direktor muavini A. A. Kryuçko, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru E. D. Quliyev, BSU-nun prorektorları M. A. Əliyev və O. A. Səmədov, MDLU-nun prorektor və dekanları, habelə, BSU və MDLU-nun tələbələri iştirak ediblər.
Mərasim iştirakçıları Mərkəzin xalqlarımızın yaxınlaşmasında, dil və mədəniyyətlərimizin təbliğatında mühüm rol oynadığnı əminliklə ifadə ediblər.
MDLU-nun rektoru İ. İ. Xaleyeva üç ildən sonra Azərbaycan dilini bilən mütəxəssislərin universitetin diplomunu alacağnı qeyd edib. “Onların mükəmməl hazırlanmasına Bakı Slavyan Universitetinin rəhbərliyi böyük təhvə verib. Öz növbəsində Bakı Slavyan universitetində Moskva Dövlət Linqivistika Universitetinin köməyi ilə yüksək ixtisaslı rus dili mütəxəssisləri hazırlanır. Belə əməkdaşlıq və qarşlıqlı anlaşma qarşılıqlı hörmət olmadan mümkün deyil” - deyə rektor bildirib.
Mərasimin bədii hissəsində MDLU-nun Azərbaycan dilini öyrənən tələbələri Azərbaycan dilində Puşkin, Yesenin və azərbaycanlı şairlərin şeirlərini ifa ediblər.
Hal-hazırda MDLU-da Azərbaycan dilini səkkiz rusiyalı tələbə öyrənir.
Tədris prosesində audio və video materiallardan istifadə edilir. Bundan başqa mərkəzdə dərslik və metodiki əyani vəsaitlər, bədii ədəbiyyat, incəsənət və Azərbaycan xalqının tarixinə aid kitabxana fəaliyyət göstərir. Bu müəllim və tələbələrə Azərbaycan dilində dərslərə hazırlaşmağa və Azərbaycan mədəniyyətini dərk etməyə kömək edir.
